DİQQƏT! Həftələrlə internet olmayacaq!

internet olmayacaq


ABŞ -ın Kaliforniya Universitetinin texnologiya alimi Sangeetha Abdu Jyothi, dünyanın hər yerində ola biləcək internet bağlantısı problemi ilə bağlı xəbərdarlıq etdi.

Günəşdə meydana gələ biləcək partlayışların və fırtınaların Yer kürəsinə təsir edəcəyindən narahat olan Jyothi, bu vəziyyətin bütün dünya internetinə ciddi zərər vura biləcəyi haqqında xəbərdarlıq edir.

‘HƏFTƏLƏRLƏ İNTERNET OLMAYACAQ!’

Kaliforniya Universitetindən kosmosdakı partlayışların internet infrastrukturuna təsirini araşdıran Jyothi, günəşdən gələn elektromaqnit dalğalanmalarının fiber optik kabellərə birbaşa zərər verməyəcəyini bildirib. Bununla birlikdə, uzun müddətli günəş alışmalarının siqnal gücləndiricilərinə birbaşa zərər verə biləcəyini vurğulayaraq, internet infrastrukturunun "həftələrlə çökə" biləcəyi ehtimalını paylaşıb.

Astronomlar, önümüzdəki 10 il ərzində dünyaya birbaşa təsir edə biləcək günəş alovlanma ehtimalının yüzdə 12 olduğunu deyirlər.

Mütəxəssislər bunun GPS problemlərinə və elektrik enerjisinin kəsilməsinə, həmçinin internetin kəsilməsinə səbəb ola biləcəyini deyirlər.
Günəşdəki partlayışlar nəticəsində ortaya çıxan ionlaşmış hissəciklərin və elektromaqnit dalğalanmalarının Yerdəki maqnit sahəsində pozulmalara səbəb ola biləcəyi vurğulanır. Qeyd olunur ki, bu birbaşa elektron cihazlara təsir göstərə bilər.

BUNA BƏNZƏR HADİSƏ 1859-CU İLDƏ BAŞ VERİB!

Məsələn, 1859 -cu ilin sentyabrında bir tac kütlə atılması nəticəsində Avropa və Şimali Amerikadakı teleqraf şəbəkələrinə təsir edən nəhəng bir geomaqnit fırtınasın yarandı və bütün dünyada böyük bir kommunikasiya böhranı yaşatdı.

Mütəxəssislər, yaxın 10 ildə bənzər bir hadisənin baş verəcəyini ehtimal edirlər.

Mənbə: sozcu.com.tr


Şərh yazın