Müəllim, valideyin və şagird münasibətləri necə olmalıdır?

Müəllim, valideyin və şagird münasibətləri necə olmalıdır?

Son günlər bir çox məktəblərdə baş verən xoşagəlməz hadisələr vəziyyətin daha kritik olduğunu göstərir.

Bu gün Azərbaycan məktəbi haqqında geniş ictimaiyyət arasında müxtəlif fikirlər səslənir.  Son günlər bir çox məktəblərdə baş verən xoşagəlməz hadisələr vəziyyətin daha kritik olduğunu göstərir.  Yaxşı və pis məktəb, güclü və zəif müəllimanlayışları bütün hallarda müasir təhsilimizin səviyyəsinin göstəricisi kimi çıxış edir. Hazırda müəllim nüfuzu, müəllim-şagird münasibətləri, məktəbə olan hörmət və ehtiram barədə söhbət düşəndə mənfi məqamlar daha çox narahatlıq doğurur. İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır. Bütün bunlarla bağlı cəmiyyətin fikrini öyrənməyə çalışdıq.

İlk öncə uzun illər pedoqoji sahədə fəaliyyəti olan, Mingəçevir şəhər Veteranlar Şurasının sədri, təqaüddə olan Tahir müəllim Məmmədovla bu barədə həm söhbət olduq.

İlk öncə uzun illər pedoqoji sahədə fəaliyyəti olan, Mingəçevir şəhər Veteranlar Şurasının sədri, təqaüddə olan Tahir müəllim Məmmədov.
Mingəçevir şəhər Veteranlar Şurasının sədri, təqaüddə olan Tahir müəllim Məmmədov


Tahir müəllim bildirdi ki, “əvvəllər müəllimlə şagird arasında hər hansı bir problem yarananda valideynlər müəllimin tərəfini tutur, onu dəstəkləyirdilər. İndi isə valideynlərin fikirləri dəyişib. Onların əksər hissəsi hesab edir ki, səbəb nə olursa olsun, şagirdə müəllim tərəfindən hər hansı bir irad bildirilməməlidir. Mənə elə gəlir ki,valideyinlərin bu yalnış fikiri isə ilk növbədə şagirdin təlim-tərbiyəsinə öz mənfi təsirini göstərir.

(Tahir müəllimin digər fikirləri videoda).




Bəs görəsən, orta təhsil müəssisələrində biabırçı vəziyyətin yaranmasına səbəb nədir? Məktəb rəhbərliyinin bu vəziyyətin formalaşmasında rolu nə qədərdir? Sualımıza valideyinlər Gülnaz xanım İsmayılova, və II Qarabağ müharibəsinin iştirakçısı olmuş valideyin Raqib Musayev cavab verdi.

Gülnaz xanımın fikirincə övladlarının oxuduğu 6 saylı məktəbin müəllimlərindən razı olduğunu bildirdi:

Gülnaz İsmayılova – Valideyin


”Övladım əvvəlcə şəhərin başqa məktəbində idi. Bu məktəbin uşaqlara, valideyinlərə olan münasibətə görə bu məktəbə gətirdim. Hər gün məktəblə sıx əlaqə saxlayıram hətta icazə alıb övladımın dərsində də oluram. Hər şeyi müəllimin üstünə ata bilmərik. Mənim fikirimcə uşağın ən böyük psixoloqu valideyin olmalıdır. Bizim bu günkü günə gəlib çıxmağımızda səsəb valideyinin övladı ilə soyuq münasibətidir. Əsas valideyin tərbiyəsidir. Telefon, planşet və digər sosial şəbəkələrdən uşaqları çəkindirmək lazımdır. Bu mənim şəxsi fikrimdir. Uşaq ilk öncə gözünü valideyinin yanında açır. Həm də valideyin, müəllim tərbiyəsi üst-üstə düşməlidir. Həm evdə, həm də məktəbdə uşağa tərbiyə vermək lazımdır.

Raqib Musayev – Valideyin


Qeyd edək ki, məktəb minlərlə müəllim və şagirdi özündə birləşdirən böyük bir ailədir. Bu ailənin yaranması və formalaşması bir çox amillərdən asılıdır. Bu amillərə, ilk növbədə, sağlam pedaqoji mühit, məsuliyyətli kollektiv, şagird, müəllim və valideynlərin bir məqsədə yönəlmiş birgə fəaliyyəti və digər bu kimi məsələlər daxildir.

Esmira Hidayətova, Mingəçevir. 

Şərh yazın

Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə