Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura start veriləcək. Turun açılış matçında “Sabah”la “Keşlə” üz-üzə gələcək. Günün digər oyununda son çempion “Neftçi” “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. “Sumqayıt” bu tur “Zirə”ni (28 noyabr), “Qəbələ” isə “Qarabağ”ı (29 noyabr) qəbul edəcək. Azərbaycan Premyer Liqası 12-ci tur 27 noyabr “Sabah” – “Keşlə” Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev. Masazır. “Bank Respublika Arena”, 16:00. “Neftçi” – “Səbail” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev. Bakı. “Bakcell Arena”, 18:15.