Şuşanın tanıdılması üçün Rəqəmsal Şuşa adlı Hakaton keçirilib



Estoniyada yerləşən Inskillz şirkətinin Azərbaycanda yaratmış olduğu “Azerbaijani Future Ninjas” feysbuk icması tərəfindən 18-20 iyun tarixlərində keçirilən tədbir böyük marağa səbəb olub. Hakatonun əsas məqsədi Şuşanın maddi-mədəni irsini dünyaya tanıda biləcək potensial layihələri aşkar etməkdir.

İştirakçı komandalar doğma Şuşanın tanıdılması üçün istənilən mövzuda həll yolu təklif etməli idilər. Layihənin sponsorları isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Edmur Craft, Data SoCool, AzInTelecom, Step IT Academy, GenderHub Azerbaijan olmuşdur. “Local and digital” komandası Hakatonun qalibi oldu. 6 komandanın iştirak etdiyi tədbirdə gərgin mübarizə nəticəsində “Local and digital” komandasının üzvləri Sitara Ağayeva, Elvin Ağaməmmədzdə, Elnarə Məmmədzadə 1-ci yerə layiq görülüb.

Komanda şəhərin tanıdılması üçün bu gün ən yayğın olan formatlardan biri olan video oyununu seçib. “Discover Karabakh” adlı video oyun sizə məntiqi suallara cavab verərək həm biliyinizi artırmağa kömək edir, həm də Qarabağı virtual səyahət etmiş olursunuz.


2-ci yerin sahibi isə Qarabağ komandasının üzvləri Ramin Quliyev, Daşqın Xudiyev, Beyrək Əsgərzadə, Fərdi Zeynalov olub. Komanda “Retweet Bot” adlı layihələri ilə çıxış ediblər. Botun əsas məqsədi #Şuşa haştağlı tweetleri retweet etməkdir. Bundan başqa botun köməyilə Şuşaya qədər olan məsafənizi ölçə bilər, Şuşa ilə bağlı ən son atılmış tweetləri görə bilər və Şuşanın görməli yerləri ilə tanış ola bilərsiniz.


Nəhayət, hakatonu 3-cü yerdə tamamlayan “İnnovation” komandasının üzvləri Zeynəb Rzaquliyeva və Yasəmən Abbaszadə olub. Bu layihənin isə əsas məqsədi gənclərin yaradıcılıq fəliyyətinə dəstək olmaq, müxtəlif mövzularda yazılmış məqalələrin, tam və ya qısa metrajlı filmlərin, fotoların yayımlana biləcəyi bir veb səhifə yaratmaqdır. Qeyd edək ki, veb səhifə görkəmli şairəmiz Xurşidbanu Natavan adınadır.


Sonda isə bildirmək istərdik ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Edmur Craft, Data SoCool, AzInTelecom, STEP IT Academy, GenderHub Azerbaijan, Inskillz kimi sponsorların dəstəyi ilə keçirilmişdir. Layihənin sponsorları ilə aşağıda yaxından tanış ola bilərsiniz.

 
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 

"AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. "AzInTelecom" MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir. 

Data SoCool ölkədə aparıcı data təhsili şirkətidir və data analitikası, data science, databaza və digər data sahələrinin tədrisini təşkil edir. Tədris proqramlarının təşkilində beynəlxalq vendorlarla əməkdaşlıq edən şirkət rəsmi Microsoft Partner-dir. Data SoCool haqda daha ətraflı www.data.edu.az vebsaytından məlumat əldə edə bilərsiniz. Hazırda yüzlərlə Data SoCool məzunu aparıcı özəl qurumlarda və dövlət orqanlarında çalışmaqdadırlar. 

Edmur craft brendinin yaradıcısı Əminə Məmmədova artıq uzun illərdir ki, yüksək zövqlə vitraj qablar bəzəyir. 2017-ci ildən bəri öz əl işlərini Edmur craft adı altında insanlara təqdim edir. Əsasən iri həcmli qabların bəzədilməsi ilə məşğuldur. Bununla yanaşı kiçik ölçülü qabların hazırlanması da az deyil. Məhsulların hazırlanmasında ən keyfiyyətli vitraj boyalar, yüksək keyfiyyətli şüşə (xrustal) qablar və svarovski qaşlardan istifadə olunur. 

GenderHub Azerbaijan qadın və qızların zorakılıq hallarının qarşısının alınması məqsədilə ictimai məsələləri işıqlandırmaqla bərabərlik yaratmaq üçün birgə iş platformasıdır. 

Inskillz produkt menecmenti, dizayn, rəqəmsal marketinq və data sahələrində işləyən və ya marağı olan insanların birləşdiyi icmadır. İcma adı çəkilən sahələrlə əlaqəli kontent yaradır, tədbirlər təşkil edir və onlayn öyrədici oyunlar hazırlayır. 

STEP IT Academy – kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. Hal hazırda akademiyanın dünyanın 22 ölkəsində 166 filialı fəaliyyət göstərir. Bu filiallarda ümumilikdə 72000 tələbə təhsil alır və 250000 tələbə məzun olub. STEP Kompüter Akademiyası Microsoft, Cisco, Autodesk şirkətlərinin səlahiyyətli təhsil mərkəzidir. STEP IT Academy Azerbaijan iki əsas təhsil forması təklif edir: Peşəkar Kompüter Təhsili və Kiçik Kompüter Akademiyası. Peşəkar Kompüter Təhsili üç ixtisas üzrə aparılır: Proqram Təminatının Yaradılması, Şəbəkə Texnologiyaları və Kibertəhlükəsizlik, Kompüter Qrafikası və Dizayn. Kiçik kompüter akademiyası isə 9-14 yaş arası uşaqlar üçün kompüter təhsilidir

Şərh yazın

Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə