Dərman almaq üçün hökumət 10 milyon manat pul ayırıb?




Nazirlər Kabineti Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə qərar verib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Qərarla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şərh yazın