Dağıstanda qalan Azərbaycanlılarla bağlı xəbər var.



Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi məlumat yayıb. 15 iyun tarixində Azərbaycan-Rusiya sərhədində baş vermiş toqquşma nəticəsində 10 nəfər və 23-24 iyul tarixlərində Moskva iğtişaşlar zamanı 11 nəfər hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Həmvətənlərimizin vəziyyəti ilk gündən Səfirlik tərəfindən müşahidə olunmuş, saxlanılan azərbaycanlılarla görüşlər keçirmək üçün Rusiyanın aidiyyəti qurumları ilə mütəmadi təmaslar qurulmuşdur.

Səfirliyin müşaviri, Toğrul Sadıqov və üçüncü katibi Müsənnif Dadaşov Moskva şəhər Baş Polis İdarəsinin Cənub Şərq inzibati dairəsi üzrə idarəsinin müstəntiqi, ədliyyə leytenantı görüşmüşlər.Söhbət əsnasında o bildirmişdir ki, hal hazırda istintaq davam edir. Səfirliyin adları qeyd olunan əməkdaşları Moskva şəhəri üzrə idarəsinin 7 nömrəli İstintaq Təcridxanasında olan Pərviz Həmidov Rusiya vətəndaşı, Murtuzəli Zahidov və Bəhruz Vəliyevlə görüşüblər. Moskva şəhəri üzrə 1 və 2 nömrəli İstintaq Təcridxanalarında saxlanılan digər 8 nəfər vətəndaşımızla da görüşün təşkil edilməsi üçün aidiyyəti üzrə müraciətlər edilib. 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfərlik vətəndaşlar aşağıdakılardır.

Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədov.
Digər 3 nəfərin yanında ev dustaqlığı qətimkan tədbiri seçilib.

Səfirliyin əməkdaşları tərəfindən məsələnin diqqət mərkəzində olduğu, lazımı hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə məlumat verilib.

Səfirliyin əməkdaşları Məhərrəmkənd rayonunun icra başçısı Fərid Əhmədovla görüşüblər. Onlar Dərbəndlə sərhəddəki Qullar ərazisində salınmış çadır şəhərciyinə gedərək şəraitlə tanış olublar.

Fərid Əhmədov çadır şəhərciyində yerləşən və Qullar kəndi ərazisində evlərdə yaşayan vətəndaşlarımızın sayı, onların vəziyyəti haqqında ətraflı məlumat verib. Bu ağır dönəmdə sərhəddəki həmvətənlərimizə göstərdikləri yardım və dəstəyə görə Fərid Əhmədova və Dağıstan hökumətinə dərin minnətdarlıq bildirilib.

Şərh yazın