Kəklik Yusifova: ”Ən böyük arzum dünyada məşhur rəssam olmaqdır”.

Kəklik Yusifova: ”Ən böyük arzum dünyada məşhur rəssam olmaqdır”.

Yaşı az olsada daha böyük işləri ilə diqqət çəkir. Onun əl əməyi Mingəçevir Gənclər evinin divarlarını bəzəyir. Daha çox portiret və realizm janrında rəsmlər çəkib insanları heyrətləndirməyə çalışır. Söhbət gənc rəssam Kəklik Yusifovadan gedir. O, 2004 cü ildə Rusiyanın Samara şəhərində doğulub. Ailənin yeganə övladı olan qızcığaz, kiçik yaşlarından rəsmlər çəkməklə diqqət çəkir. İlk naliyyətini isə Rusiyada 6-cı sinifdə oxuyarkən qazanır. Ailəsi ilə Mingəçevirə qayıtdıqdan sonra isə daha çox portiret və realizm janrında rəsmlər çəkir.

Saatlarla, günlərlə tabloda və ya divarda rəsm çəkmək onu yormur. Buna görə də 18 yaşlı gənc qızın ən diqqət çəkən əl işi Mingəçevir Gənclər evinin divarlarını bəzəyir. Orada qəhrəman Azərbaycan əsgəri, qədim Şuşa, tarixi Xudafərin körpüsü, Xarı bülbül, Qarabağ atı və digər simvollar yer alıb.  Bunları Kəklik Yusifova 90 gün ərzində ərsəyə gətirib.


Gənc rəssam – Kəklik Yusifova rəsm əsəri çəkərkən.

Hazırda Mingəçevir Gənclər evində çalışan gənc qız öz bacardıqlarını həvəs göstərən şəhər sakinlərinə də öyrədir. Kəklik Yusifovanın ən böyük arzusu isə dünyaca məşhur rəssam olmaqdır.





Esmira Hidayətova - Mingəçevir

Şərh yazın

Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə