Bakıda qonşuların davası bıçaqlanma ilə bitdi

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1990-ci il təvəllüdlü Mustafayev Elman Əsgər oğlu avtomobilini park edən qonşusu ilə mübahisə edib. E.Mustafayev qonşusuna küçədə maşını düzgün saxlamadığı üçün irad tutub. Onlar arasında dava düşüb. Dava zamanı E.Mustafayev bıçaqlanıb. Yaralı qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Şərh yazın