İranda avtobus aşdı: ölən və yaralananlar var



Azər News Trend-ə istinadən xəbər verir ki, bunu İranın İsfahan vilayətinin fövqəladə hallar və təcili yardım üzrə idarəsinin müdiri Qəfur Rastin deyib.

Q.Rastin bildirib ki, səhər saat 4:40-da qeydə alınan qəza nəticəsində 9 nəfər həlak olub.
Rastin qəzada 18 nəfər də yaralandığını bildirib və əlavə edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəbin sürücünün yuxulu olması göstərilir.

Şərh yazın