Bakıda gecə güclü külək nəticəsində ağac aşıb

Bakıda gecə güclü külək nəticəsində ağac aşıb

Ötən gün baş verən güclü külək nəticəsində gecə ərzində bir ağac aşıb.

Bu barədə Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən açıqlama verilib.


Məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Fəsadlar aradan qaldırılıb.


Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib.

Şərh yazın

Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə