Mingəçevirdə azyaşlını naməlum avtomobil vurdu


Mingəçevirdə azyaşlını avtomaşınla vuran sürücü qaçıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib.

Bərbərxanadan evə qayıdan 2010-cu il təvəllüdlü Murad adlı oğlan uşağını naməlum avtomaşın vurub, sürücü bundan sonra hadisə yerindən yayınıb.
Müxtəlif bədən xəsarətləri alan yaralı uşaq ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh yazın

Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu daxil edin: *
yenilə, əgər kod görünmürsə