Deputat və həyat yoldaşı evlərində ölü tapılıb



Rusiyanın Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki, Aqrar-elmi mərkəzin direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşeva öldürülüb. 

TASS xəbər verir ki, onların meyiti evlərində tapılıb. 

Meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub. 

İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib. 

Hüquq-mühafizə orqanları araşdırma aparır.

Şərh yazın