Yaponiya immiqrasiya islahatından imtina edir



Yaponiya hökuməti cari immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi üçün hazırlanmış qanun layihəsini müxalifətin, eləcə də ictimai və beynəlxalq təşkilatların tənqidləri fonunda geri götürməyə qərar verib.

 Bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Qanunvericiliyə yenidən baxılması səlahiyyətlilərə xüsusən üç dəfə qaçqın statusu verilməyən xarici vətəndaşların məcburi şəkildə deportasiyasına imkan verəcəkdi.

Qanun layihəsini tənqid edənlər bu yanaşmanın qeyri-insani olduğunu hesab ediblər və BMT-nin müvafiq komissiyalarında gözlənilən islahatları pisləyiblər.

Yaponiya İmmiqrasiya Xidmətinin məlumatına görə, 2020-ci ildə qurum qaçqın statusu almaq üçün daxil olan bütün müraciətlərin yalnız 1 faizini təmin edib.

Şərh yazın