Alimlər plastiklə qidalanan yeni növ bakteriya aşkar edib




Kembridc Universitetinin alimləri qeyri-adi xüsusiyyətə malik yeni növ bakteriya aşkar edib.

“The Guardian” xəbər verir ki, həmin bakteriyalar plastiki məhv etməklə bərabər qida kimi istifadə etməyi öyrəniblər. Onlar poliuretanla qidalanırlar.

Hər il milyonlarla ton poliuretan isthesal edilir və o, emal olunmadığı üçün tullantıya çevrilir.

Həmçinin onun tərkibində olan kanserogen maddələr bakteriyaların əksəriyyəti üçün ölümcüldür.

Alimlər bu bakteriyaları araşdıraraq gələcəkdə onları planetimizi plastik tullantılarından təmizləmək üçün istifadə etmək niyyətindədilər.


oxu.az

Şərh yazın