Tanınmış jurnalist vəfat etdi - FOTO

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.

APA-nın məlumatına görə, o, beyin qanamasından həyatını itirib.

Faktı TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər həyata gözlərini yumub.

Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu “Yeni klinika”da müalicə olunurdu. 

Şərh yazın