JMMP (Journalism & Media Management Projects – Jurnalistika və Media İdarəçiliyi Layihələri) təşəbbüs qrupu tərəfindən Milli Media Platformasına verilən məlumata görə Bakıda 10-13 fevral, 2022-ci il tarixində yayım və rəqəmsal media sahəsində peşəkar vərdişlərini inkişaf etdirmək istəyən jurnalistlər üçün təlim keçirəcək.
Təlim təşəbbüs qrupunun “Yayım mediasında və rəqəmsal platformalarda storitellinq (hekayəçilik), hədəf auditoriyası və nəticələrin ölçülməsi” layihəsi çərçivəsində həyata keçirilir. Dörd günlük nəzərdə tutulmuş təlim proqramı “Storitellinq” (Hekayəqurma və söyləmə) texnikasının yayım jurnalistikası / rəqəmsal mediada tətbiqi və «Google Analitics»in onlayn mediada yeri” mövzusunda olacaq.
Təlimdə nəzəri və praktiki bilgilər ən son beynəxalq təlim standartlarına uyğun hazırlanıb. Seçiləcək 10 jurnalist təlimin sonunda praktiki media məhsulları hazırlayacaq.
Yerlər məhduddur. Təlimdən qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz.
Təlim üçün son müraciət tarixi 8 fevral, 2022-ci ildir.