Azərbaycan Xarici İşlər Nazirliyi Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyaya başsağlığı verib. AzerNews.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə XİN-in tvitter hesabında paylaşım edilib. “Rusiya xalqına, “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, - deyə başsağlığında bildirilir.